Premyer Liqa: "Arsenal" - "Liverpul" oyununda 4 qol, bir penalti var

img

09-04-2023 [23:28]


Bu gün İngiltərə Premyer Liqasında uzun fasilədən sonra çempionluq şansı yaranan "Arsenal" səfərdə "Liverpul"la sülh bağlayıb.

Mia.az xəbər verir ki, ilk hissədə hesabda 2-0 önə çıxan "Arsenal" sonadək bu heabı qoruya bilməyib.

Belə ki, "Topçu"ların8-ci dəqiqədə Martinelli və 28-ci dəqiqədə Qabriel Xesusun qollarına "Liverpul" 42-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə Roberto Firminonun vurduğu qollarla cavab veriblər.

Onu da qeyd edək ki, 54-cü dəqiqədə Salah penaltini yerinə yetirə bilməyib.

Bu nəticə ilə xalını 73-ə yüksəldən "Arsenal" liderliyini davam etdirib. "Liverpul"un isə 44 xalı var.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR