"Arsenal" Türkiyə millisinin oyunçusuna 30 milyon funt-sterlinq ayırıb

img

07-04-2023 [19:29]


İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Arsenal" "Feyenoord"un kapitanı Orkun Kökçüyə elçi düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ingilis nəhəngi bu mövsümki performansı ilə diqqət çəkən Türkiyə millisinn yarımmüdafiəçisi Orkun üçün hərəkətə keçməyə hazırlaşır.

İngilis mətbuatı yazır ki, hər iki cinahda mükəmməl oynayan Orkunu "Arsenal"ın baş məşqçisi çox bəyənib: "Məhz onun təlimatı ilə klub menecerləri futbolçu və onun komandası ilə təmasa keçiblər".

"The Sun"da yer alan xəbərə görə, "Arsenal" Orkun üçün 30 milyon funt sterlinq ayırıb.

Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsümdə 37 rəsmi oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə edib. 

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR