"Qalatasaray"ın hücumçusu: "PSJ-yə dönmək istəmirəm"

img

07-04-2023 [11:09]


"Qalatasaray"ın mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Mauro İkardi gələcəyi ilə bağlı Argentina mətbuatına açıqlamalar verib. 

Mia.az xəbər verir ki, "TNT Sports Argentina"ya açıqlama verən "Qalatasaray"ın argentinalı hücumçunun sözlərinə görə, o, PSJ-yə dönmək istəmir:

“Mən həqiqətən də “Qalatasaray”da qalmaq istəyirəm. Parisdə dünyanın ən yaxşıları ilə birlikdə idim, amma bu, məndə xoş təəssürat yaratmadı. Burada mənə böyük hörmətim var".

Xatırladaq ki, Bu mövsüm "Qalatasaray"da 15 liqa oyununda 9 qol və 6 məhsuldar ötürmə edən İkardi Ziraat Türkiyə Kubokunda 2 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR