Türk oyunçu ilə serb futbolçu arasında gərginlik yaranıb - İftara görə

img

06-04-2023 [16:33]


Hollandiya çempionatında türk oyunçu ilə serb futbolçu arasında iftara görə gərginlik yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə millisinin də hücumçusu olan Orkun Kökçü ilə serbiyalı Duşan Tadiç arasında yaşanan gərginlik Hollandiya kubokunun yarımfinal mərhələsində "Ayaks"ın "Feyenoord"a 2:1 hesabı ilə qalib gəlməsindən yadda qalan olub.

Belə ki, Tadiç komanda yoldaşı Oussama İdrissi ilə meydanın kənarında iftar açan Orkun Kökçüyə ağzını işarə edərək replika atıb.

Bu isə türk oyunçunun sərt reaksiyasına səbəb olub. Onları bir-birindən komanda yoldaşları ayırıb. 

Həmin hadisə barədə danışan Orkun Tadiçin bu hərəkəti ilə ona nə demək istədiyini anlamadığını deyib: "Amma bütün hallarda xoş deyildi...".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR