İkardi "Qalatasaray"dan gedir

img

02-04-2023 [10:37]


“Kasımpaşa”, “Konyaspor” və son olaraq “Adana Dəmirspor” matçında zəif çıxış edən "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi 84-cü dəqiqədə əvəzlənməsinə möhkəm qəzəblənib.

Mia.az xəbər verir ki, "Qalatasaray"ın 2-0 qalib gəldiyi oyunun əsas vaxtının bitməsinə 6 dəqiqə qalmış əvəzlənməsinə küsən İkardi komanda yoldaşlarının yanına deyil, birbaşa soyunma otağına gedib.

Bu barədə "Bəyaz TV"nin "Beyaz futbol" verilişinin aparıcısı Ertem Şener  sosial şəbəkədəki səhifəsində paylaşım edib.

O bildirib ki, İkardi bununla da yetinməyib. Şərhçinin sözərinə görə, İcardi stadionu da xəbərsiz tərk edib.

Bu isə İkardinin mövsümün sonunda komandanı tərk edəcəyinin anonsu sayılır.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR