Azərbaycanda 3 klubun lisenziyası ləğv olundu - SİYAHI

img

08-05-2014 [16:41]


Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. İclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, "Rəvan” FK, "Simurq” PİK) sənədlərinə baxılıb.

AFFA-nın Lisenziyalaşdırma Komissiyası "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”n 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Bakı" FK, "Rəvan” FK, "Simurq” PİK.

İclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, "Araz-Naxçıvan” PFK, "Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala” FK, "Sumqayıt” FK, "Şuşa” FK, "Turan-T” İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınmışdır:

1. Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.

2. Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.

3. 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, "Araz-Naxçıvan” PFK, "Bakı” FK", Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala” FK, "Rəvan” FK, "Sumqayıt” FK, "Simurq” PİK, "Şuşa” FK, "Turan-T” İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA