Şirvanda şəhid anaları ilə görüş keçirilib - FOTOLAR
09-03-2023 [11:25]
Şirvan şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhid ailələri iştirak ediblər.
Mia.az xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Azərbaycan qadınının öz ağlı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə xalqımızı, millətimizi daim ucaltdığını, milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımızın bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etdiyini söyləyib.
Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırdığını, onun Azərbaycan xanımları haqqında mötəbər tədbirlərdə səsləndirdiyi fikirləri xatırladıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyini vurğulayıb. Tarixin bütün dövrlərində qadınların kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini, 44 günlük Vətən Müharibəsində tarixi Zəfərin əldə olunmasında əhəmiyyətli rol oynadıqlarını diqqətə çatdırıb və qəhrəmanlarımızı dünyaya gətirən bütün analara, xüsusilə şəhid analarına minnətdarlığını ifadə edib.
Respublikamızın hər yerində olduğu kimi, şirvanlı qadınların da şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini qeyd edib. Sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu səsləndirib. Şirvan şəhər prokuroru Kamal Talıbov, Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov tədbirdə iştirak edən xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtəfli inkişafında, eyni zamanda ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs ediblər.
Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağını və gələcək nəsillər üçün örnək olacağını vurğulayıblar. Şəhid analarının və vəfalı həyat yoldaşlarının ən yüksək hörmət və ehtirama layiq olduqlarını qeyd ediblər.
Tədbirin sonunda şəhid analarına gül dəstələri, hədiyyələr təqdim olunub və birlikdə xatirə şəkli çəkilib.
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb