Mətbuat Şurası jurnalistlərə layihə yazmağı öyrədəcək

img

30-06-2009 [05:07]


Mətbuat Şurasında Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müsabiqə layihələrinin hazırlanması üçün təlim kursları təşkil edir. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, təşkil olunan kurslarda layihələrin yazılma qaydaları öyrədiləcək: ?Bu sahədə tanınmış ekspertlər, mütəxəssislər KİV-lərin lahiyələrinin necə yazılması ilə bağlı tövsiyələr verəsəklər. Məqsədimiz odur ki, məşğələlərdə iştirak edən jurnalistlər qəzetlərin fonda təqdim edəcəyi layihələr üzərində işləyənlərdən biri olsun?. Ə.Amaşov onu da bildirib ki, bu müsabiqə jurnalistlərin xeyrinə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR