Şirvanda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
04-03-2023 [14:44]
Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında Şirvan Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman idarəsinin rəisi Samit Həsənov, idman məktəblərinin rəhbərləri, veteran və gənc idmançıların iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri düzülüb.
Sonra Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında “Cəngi” sədaları altında şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib. Şəhər İcra Hakimiyyətinin başçısı müxtəlif respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanmış idmançılarla görüşüb, onların nailiyyətləri ilə bağlı xoş söhbətlər aparıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov ölkəmizdə idmanın tarixi, keçdiyi inkişaf yolu və bugünki nailiyyətləri barədə məlumat verib. Ötən illər ərzində yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilində, sağlam və gümrah böyüməsində, onların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlərdən danışıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, idmançıları və idmansevərləri Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara idmanın inkişafında və gələcək yarışlarda uğurlar arzulayıb. Bədən tərbiyəsi və idmanın Azərbaycan dövləti üçün hər zaman prioritet sahələrdən birini təşkil etdiyini bildirib.
Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Gənc idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini bildirib. Daha sonra bir qrup idmançı və məşqçi müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının və Gənclər və İdman idarəsinin Fəxri fərmanları ilə təltif olunub.
Təltif olunanlar idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər və əvvəlki illərdə olduğu kimi növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını qeyd ediblər. Sonda Zəfər abidəsinin önündə idmançılarla, eləcə də respublikadan kənar idman yarışlarında qalib gələn idmançılarımızla xatirə şəkli çəkilib.
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb