AKŞENER CHP LİDERİNƏ "YOX" DEDİ: "Buradan Mansur Yavaşla İmamoğluna səslənirəm..." - "6-lı masa" dağıldı
03-03-2023 [16:22]
Xəbər verdiyimiz kimi, dünən Türkiyə müxaliflərinin seçki bloku olan "6-lı Masa" vahid namizədinin müəyyən olunduğunu, ancaq adının martın 6-dakı iclasdan sonra açıqlanacağını bəyan edib. Bu gün isə baş verənlər göstərir ki, "6-lı Masa" vahid namizədini elan edə bilmədən dağılıb.
Mia.az xəbər verir ki, bu bəyanatdan sonra bu gün az əvvəl Meral Akşener lideri olduğu İYİ partiyanın mövqeyini açıqlayan brifinq keçirib.
O, sensasiyalı ifadələr işlədərək bildirib ki, İYİ partiya vahid namizəd seçimi məsələsində təzyiqlərə boyun əyməyəcək: "Dünənki toplantımızda Kılıçdaroğlunun adı namizədlik üçün açıqlandı. Biz isə Mənsur Yavaş və Əkrəm İmamoğlunun adlarını çəkdik. Şəxsi ambisiyaları Türkiyədən üstün tutanlara biz boyun əyməyəcəyik. İYİ partiyası bir seçimə zorlanır. Biz "jaketimi atsam, namizəd çıxararam" iddiasını qəbul etmirik. Geçən sənə biz 5 siyasi partiya ilə bir araya gəlib yeni blok yaratdıq. Bir çox önəmli məsıələlərdə ortaq rəyə gəldik. Dünənki toplantıda prezidentliyə ortaq namizədimizi müzakirə etdik. 5 partiya Kılıçdaroğlunun namizədliyini bəyan etdi. Biz ise Mansur Yavaş və Ekrem İmamoğlu adını irəli sürdük...".
Akşener daha sonra deyib ki, o və partiyası vahid namizədin müzakirələrlə müəyyən edilməsini istəyib: "Biz bu prosesin sağlam araşdırma ilə müəyyən olunmasını istədik. Amma bizim fikirlərimiz rədd olundu, kiçik hesablarla uzaq getmək olmaz. "Altılı masa"nın son toplantısında bir dırnaq üçün anlayışa varıldı. Şəxsi hirslər Türkiyəyə xeyir verməz, yenilgi üstünə yenilgi gətirər. Biz İYİ Partiyanı bunun üçün qurmadıq. Öncə millət, öncə məmləkət deməkdən vaz geçmədik. Vaz geçmədən danışdıq, anlatdıq, dinlətdik, göstərdik, ancaq olmadı. Masa artıq notarusa dönüb".
Partiya sədri kürsüdən Mansur Yavaşla Əkrəm İmamoğluna çağırış edib: "Bütün əngəllərə abxmayaraq, çox çalışdınız. Vəzifənizi ən yaxşı formada icra edirsiniz. Millətimizi dağıntı altında belə yalnız buraxmadınız. Çox kritik bir qırılmanın astanasında miillətimiz sizi görəvə çağırır. Bu vəzifə rəddedilməz bir vəzifədir. Bu çağrının sahibi millətdir. Bu saatdan sonra bizlərə düşən seçim etməkdir".
Partiya sədri sonda "6-lı Masa"dan çəkildiklərini bəyan edərək sözlərini belə bitirb: "Ya tarix yazacağıq, ya tarix olacağıq".
Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün Akşenerin brifinqindən bir neçə saat əvvəl açıqlama verərək, namizədlərinin Kamal Kılıçdaroğlu olduğunu bəyan edib.
Xatırladaq ki, dünəndən Akşenerin "6-lı Masa"da fikir ayrılığı çıxardığı və seçki blokunu dağıtmaq üzrə olduğu deyilirdi.
Xüsusilə İYİ partiyanın Maliyyə İşlər üzrə rəhbəri, eyni zamanda, partiyanın Sakaryadan deputatı Ümit Dikbayırin iki paylaşımı bu yöndə sualları aktullaşdırmışdı. Onun dünənki iclasdan dərhal sonra əvvəlcə "Millət 5-dən böyükdür" tvitini atıb, az sonra silməsi, ardınca isə "Biz bu müqəddəs yola çıxarkən sadəcə və sadəcə millətimizə söz verdik, güvəndik. And olsun, millətimizi yanıltmayacağıq. Millətimiz nə desə, o olacaq" paylaşımı İYİ partiyanın CHP lideri ilə eyni yolu getməyəcəyi qənaətini gücləndirirdi..
Lamiyə Əhmədli
Mia.az
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb