Bu klub cəzalandırıldı

img

03-03-2023 [14:52]


Azərbaycan Premyer Liqasının XXIV turunda “Şamaxı” ilə keçirilən oyundan sonra rəsmi şəxsləri ilə birinci köməkçi hakim arasında mübahisə yaşandığı üçün “Sabah” klubu 3200 manat cərimələnib.

Mia.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Eyni zamanda, “Turan Tovuz”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimə ödəməli olacaq. “Kəpəz”in isə 4 üzvü “Sumqayıt”la qarşılaşmada sarı vərəqə aldığından, gəncəlilər də eyni məbləğdə cəriməyə məruz qalıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR