Zaur Yaqubov vəzifədən çıxarılıb

img

05-07-2022 [11:28]


"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə (ASK) məxsus "Azəripək" MMC-nin direktoru Zaur Yaqubov işdən çıxıb.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Səməd Nəbiyevə həvalə edilib

O, bundan əvvəl ASK-ya məxsus "ASK Şüşə" MMC-nin direktoru vəzifəsində çalışıb.

“Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 546 479,17 manat olan şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA