"Fənərbağça"nın azarkeşlərinə qadağa məşhur aparıcını qəzəbləndirdi: "Onda daha futbolu da qadağa etsinlər"

img

28-02-2023 [15:27]


"Kayserispor"-"Fənərbağça" oyununa "sarı-lacivərt"li azarkeşlər buraxılmayacaq.

Mia.az xəbər verir ki, bu barədə ev sahibi olan klubun rəhbərliyi qərar verib.

Klub rəhbərliyi "Fənərbağça"nın son xeyriyyə oyununda stadionda siyasi şüarlar səsləndirilərək hökumətin istefaya çağırılmasına görə belə bir qərar qəbul etdiklərini bəyan edib.

Xatırladaq ki, bu klub MHP lideri Dövlət Baxçalının "oyunlar azarkeşsiz keçirilsin" tələbnə ilk müsbət reaksiya verən və hökumətə dəstək nümayiş etdirən olub.

"Kayserispor"un azarkeş qadağası isə "Fənərbağça" tərəfindən çox sərt qarşılanıb.

İstanbul klubunun idarə heyətinin üzvü olan məşhur aparıcı Uğur Dundar sosial şəbəkə hesabından bu qərara etiraz edib: ""Kayserispor" - "Fənərbağça" qarşılaşmasına "Fənərbağça" seyirçisi alınmayacaqmış. Bu, çox yanlış bir qərardır. Onda daha futbolu da qadağa etsinlər. Və çempionu indidən açıqlasınlar..".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR