Bu klublar MHP sədrinə dəstək verdi: "Dövlətin yanındayıq" - FOTO (Yenilənib)

img

27-02-2023 [00:14]


"Fənərbaxça" və "Beşiktaş"ın son xeyriyyə oyunlarında hökumətə istefa çağırışları ölkənin siyasi düşərgəsi ilə idman cameəsini ikiyə bölüb.

Mia.az xəbər verir ki, hər iki klubun oyunlarında zəlzələdən sonra yaranan vəziyyətə görə hökumət günahlandırılaraq istefaya səslənıb.

Buna isə prezident Ərdoğanın lideri olduğu "Cümhur" ittifaqının üzvü, MHP lideri Dövlət Baxçalı çox kəskin reaksiya verib.

Partiya sədri klub rəhbərlərini hədələyərək baş verənləri araşdıracaqlarını deməklə yanaşı, futbol oyunlarının bundan sonra azarkeşsiz keçirilməsini tələb edib.

Maraqlı budur ki, artıq onun bu çağırışına super liqa klublarından biri müsbət cavab verib.

"Kayserispor" klubu MHP liderinin ilə fotosu ilə birgə paylaşım edərək, daim dövlətin yanında olduqlarını bəyan edib: ""Kayserispor" sona qədər dövlətin və millətin yanındadır...".

Klubdan bildirilib ki, futbol oyunları üzərindən "kirli siyasət" aparlması qınayrlar...

***

"Kayserispor"un açıqlamasının ardından "Konyaspor", "Alanyaspor", "Adana Demirspor" klubları da oxşar bəyanat verərək, azarkeşlərini siyasi şüarlardan qaçmağa çağırıblar.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR