Çempionlar Liqası: "Liverpul" evində "Real Madrid"ə, "Ayntraxt" isə "Napoli"yə təslim oldu - VİDEO

img

22-02-2023 [09:03]


Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsində İngiltərədə "Liverpul"la "Real Madrid"i arasında "döyüş" olub.

Mia.az xəbər verir ki, maraqlı keçəm oyunda ispan komandası səfədə rəqibinə 5 qolla qalib gəlib - 2:5

Qolları Darvin Nunyes, Məhəmməd Salah, Vinisius Junior (2 qol). Eder Militau,  Kərim Benzema (2 qol) vuurblar.

Digər oyun isə  Almaniyada "Ayntraxt"la İtaliyanın "Napoli" komandası arasında baş tutub.

Bu oyunda da səfər komandası mütləq qalibiyyət qazanıb - 0:2. 

Qolları 40-cə dəqiqədə Viktor Osimhenlə 65-də Covanni di Lorentso vurublar.

Onu da qeyd edək ki, maraqlı keçəm oyunda iitalyanlar 36-cı dəqiqədə gürcü Xviça Kvaratsxelinın ifasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

58-ci dəqiqədə isə alman klubundan Rendal Kolo-Muani qırmızı vərəqə ilə meydandan qovulub.

Bu gün isə aşağıdakı komandalar Bakı vaxtı ilə saat 00.00-da qarşılaşacaq:

 "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

 "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)

Fərid,

Mia.az

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR