"Çelsi" ulduz futbolçunun "Fənərbaxça"ya getməsinə razılıq verəcək? - Aubameyanq şərt qoydu

img

17-02-2023 [13:28]


Ara transfer dövründə "Fənərbaxça" "Çelsi"dən Pierre-Emerik Aubameyanqı heyətinə qatmaq üçün böyük səy göstərir. 

Mia.az xəbər verir ki, nəhayət, "Barselona" ilə 2023/2024 mövsümü üçün anlaşan qabonlu ulduz onu komandadan göndərmək istəyən "Çelsi"yə bir şərtlə Türkiyədə 3 ay oynamağa razılıq verib.

Türkiyənin "Fanatik" qəzeti yazır ki, "Fənərbaxça"nın heyətinə qatmaq istədiyi 33 yaşlı futbolçu "Çelsi"nin qarşısına "Barselona"ya gedişinə mane olmamaq tələbi qoyub: "Aubameyanq "Çelsi"nin mövsümün sonunda onun transferini asanlaşdıracağı təqdirdə, icarə əsasında "Fənərbaxça"ya getməyə hazır olduğunu bildiirb. Güman ki, "Çelsi" buna razılıq verəcək. Ona görə də futbolçunun komandadan getməsi üçün qarşıdakı üç ay üçün aylıq ödəmələrini bölüşmək məsələsində İstanbul klubunun tələbinə "hə" deyəcək".

Xatırladaq ki, futbolçu "Barselona" ilə anlaşsa da, "Çelsi" onun gedişi üçün İspaniya klubundan çox pul tələb edir. Və bu da anlaşmanı təhlükəyə salıb.a

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR