Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MƏDƏNİYYƏT
04.02.2023, 00:12
Qoç - yeni planlarla tələsməyin. Əvvəl başladığınız işi başa vurun. İşdə yeni mövqedən ən çətin sahələrə nəzər salın, ağır problemi həll etməyə çalışın.
Maddi perspektivlər formalaşır. Situasiya səbr və ən müxtəlif insanlarla əlaqələr yaradılmasını tələb edir. Ümumi məqsəd və gələcəklə bağlı planları tərəfdaşlarla müzakirə edin. Hər konkret situasiyada davranışla bağlı intuisiyanıza güvənin.
Mühüm saydığınız məsələyə cavab ala bilərsiniz.
İstirahət üçün vaxt tapın. Səhhətinizin qeydinə qalın.
Özünüzü çox yormayın.
Buğa - nisbətən sakit gündür. Yeni işlərə başlamağa tələsməyin. Axtardığınız məlumatı tapmaq üçün səy göstərin. Təcrübəli insanlarla əlaqədə olun, müvafiq məlumat mənbələrinə üz tutun.
İşgüzar perspektivlər şəxsi münasibətlərlə qarışmasın. Bütün problemləri danışıqlarla, soyuqqanlı şəkildə həll etmək olar. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.
Tələsməyin, aramla davranın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əkizlər - ideyalar və planlar səviyyəsində olan işləri həyata keçirin. Yaxın iki ayla bağlı planları dəqiqləşdirmək olar. Fəaliyyətiniz üçün faydalı ola biləcək informasiya arayın.
Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşlarla görüş üçün yaxşı gündür. Günün ikinci yarısında xoş olmayan xəbər ala bilərsiniz.
Bir plan çərçivəsində işləmək üçün başqa planlardan müvəqqəti imtina etmək gərəkdir. Vəziyyəti yaxınlarınız və həmfikirlərlə müzakirə edin. Ümumi işi bir daha nəzərdən keçirin.
Şəxsi münasibətlərdə həssas olun, əlaqələrin önəmini azaltmayın.
Axşam saatlarında nisgil hiss edə bilərsiniz.
Xərçəng - ikinci dərəcəli işləri diqqət mərkəzində saxlamayın. Maraq obyektləri dəyişə bilər. Xəbərlər sizi cari işlərdən ayırmasın. Görüş, önəmli məlumatın alınması, spontan toplantılar, təmaslar ola bilər.
Praktik mənası olan işlərlə məşğul olun, hisslərlə illüziyalar aləminə qapılmayın. İntellektual və yaradıcı fəaliyyətdə uğurlar əldə edə bilərsiniz.
Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın, xoş insanlarla ünsiyyətdə olun. Hisslərdə konkretliyə nail olmaq üçün əlverişli zamandır.
Şir - yeni ideyaları reallaşdırmağa tələsməyin. Yarımçıq işləri başa vurun, cari situasiyaya maksimum diqqət ayırın. Ev işlərini ön plana çıxarmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətdə süstlük nümayiş etdirməyin.
Ailə üzvləriniz və ya qohumlarınızın həyatında önəmli hadisələr yaşana bilər.
Yenilənmələr zamanı başlayır. İşlərdə və ya münasibətlərdə önəmli mərhələni sonuclandırın. Real ideyaları həyata keçirin. Emosiyaların fəaliyyətinizə təsir etməsinə imkan verməyin.
Qız - hansısa mövzu pikə yaxınlaşır. Dəyişikliklər və yeniliklər rahat olmayacaq. Nə isə narazılığınıza səbəb olursa, problemi dərhal həll etməyə çalışın. Səhvlərin fəsadlarının aradan qaldırılması, münasibətlərə aydınlıq gətirilməsi, barışıq üçün pis gün deyil. Məşğul olduğunuz işlə bağlı maraqlı ideya yarana bilər. Yaxşı məsləhət aldığınızı düşünürsünüzsə, ondan yararlanmağı unutmayın.
Maraqlı informasiyalar alacaqsınız. Köhnə fayllar, yazılar və məlumatlarda ilginc məqam aşkarlana bilər. Yeni mövzu ideyalar səviyyəsində impuls alır.
Hadisələri tələsdirməyin.
Tərəzi - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün yaxşı gündür. Tələskənlik etməyin. Sizə yeni ideyalar verərək cari hadisələri araşdırmağa və anlamağa yardım edə biləcək insanlarla ünsiyyətdə fayda var.
Prioritetləri düzgün müəyyənləşdirin, az sonra baş verəcək hadisələrin heç olmasa birini təxminləyin. Resurslarınızı artırmağa başlayın.
Layihə və ya sifarişin müəyyən qisminin təkmilləşdirilməsi ilə məşğul olun. Belədə yaşamınızda daha çox qayda peyda olar.
Yaşam arealını qaydaya salın. Detallara və xırdalıqlara fikir verin. Şəxsi münasibətlərdə emosiyaların təsiri altına düşməyin.
Əqrəb - bu gün siz güclü rəqibsiniz. Yaxın ətrafınıza təsir edin. Cari işlərin məcrasını intensivləşdirmək üçün situasiyadan yararlanın. Unutmayın ki, nəzərdə tutduğunuz işlərə nail olmaq çətin olsa da, mümkündür. Ciddi səhv prosesə ciddi zərbə vura bilər. Risk və münaqişələrə qatılmayın. Heç bir ehtiyac duyulmadığı təqdirdə etiraflara başlamayın.
Stressdən alış-veriş vasitəsilə qurtulmağa çalışmayın. Bilik, bacarıq, təcrübənin artırılması üçün əlverişli zamandır.
Sizi çoxdan bəri narahat edən məsələni çözmək üçün yaxşı zamandır. Şərtlərə baxın, düşündüyünüz addımları atın.
Oxatan - detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad olmayın. Təcili məşğul olmağınız gərəkən problem var. Yaxın gələcəyin planlaşdırılması ilə məşğul olun.
Qüvvə, potensial və yaşam stilinizi nəzərə alaraq prioritetlərdə dəyişikliklər etmək olar. Böyük işlər sizi yenidən maraqlandırır. Enerjiniz və planlarınız çoxdur.
Fəqət, ləngimələr, yavaşımalar, yaxın ətrafınızdakı insanlarla niyyətlərinizdə fərqlər ola bilər.
Yeni işlərə başlamayın. Pəhriz saxlamağa başlaya bilərsiniz. Səhhətinizə fikir verin.
Oğlaq - gördüyünüz işlərin nəticələrini və varsa, nailiyyətlərinizi dəyərləndirin. Yaşamınızda yenilik etmək vaxtıdır. Hələliksə mövqenizi təhlil edin, zəif məqamları aşkarlayın və problemləri həll edin. Yaxın vaxtlarda hansı təcrübəni əldə etmək istədiyinizi müəyyənləşdirin. Yeniliklər vaxtıdır. Təəssüratlar axınının intensivliyini azaltmaq gərəkdir.
Baş verənlər xoşunuza gəlmirsə, dəyişə bilmədiyiniz olaylara müdaxilə etməyin. Yaşamınızı kontrolda saxlayın. Münaqişə sevən, etibarsız insanlarla çalışmayın. Orqanizmin simptomlarına fikir verin.
Dolça - emosiyalarla və hiss-həyəcanla dolu gündür. Fəaliyyət qrafikindən çıxmamaq üçün səy göstərin, düşündüklərinizi həyata keçirməyə can atın. Heç nəyi sabaha saxlamayın, işləri təxirə salmayın. Əks halda stresslərin sayı və ağırlığı artacaq.
Yaşamın sizi seçim qarşısında qoyduğu situasiyaları qulaqardına vurmayın. Rəqiblərinizdən biri konkretliyə nail olmaq istəyirsə, siz də aktiv olun. Asılılıq hissindən qurtulun. Faydalı nəsnə ilə maraqlanan, etibar etdiyiniz insanlardan ibarət ünsiyyət çevrəniz olsun.
Yeni faydalı vərdişləri əxz edin, səhhətinizin qeydinə qalın.
Alış-verişdə qənaətcil olun.
Balıqlar - yaxın gələcəklə bağlı perspektivlər baxımından çox əlverişli və mühüm gündür. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Əvvəllər reallaşdıra bilmədiyiniz məsələni gerçəkləşdirə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün. Mövqelərinizi möhkəmləndirə biləcək məlumatı arayın.
Maraqlarınızın təminatı üçün danışıqlar aparın, dostlarla ünsiyyətdə olun, sosial şəbəkələrdə yazışın. Təxirə saldığınız işlər üçün yaxşı gündür.
Sizə yardım etmək istəyən insan varsa, onun yardımından faydalanın.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
Bugün, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
Bugün, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
Bugün, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
Bugün, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
Bugün, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
Bugün, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
Bugün, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb
Bugün, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
Bugün, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
Bugün, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
Bugün, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
Bugün, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
25.06.2026, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
25.06.2026, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
25.06.2026, 17:00 İQTİSADİYYAT
-
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
25.06.2026, 16:54 GÜNDƏM
-
Makronun müşaviri Bakıda - Hikmət Hacıyevlə görüş oldu
25.06.2026, 16:49 SİYASƏT