Dünya universitetlərin reytinqi: ilk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik - Professor yazır
02-02-2023 [17:09]
Ötən ayın son günü Webometrics.info süni intelekt proqramı 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çox universitetlərinin reytinq cədvəlini öz saytında dərc edib.
Bu reytinq qurumu insan subyektivizmindən çox uzaq olan, süni intelekt əsasında çalışan ən obyektiv reytinq (universitetlər üzrə) qurumudur. https://www.webometrics.info/en/world
Materialların təhlili bir neçə nəticə əldə etməyə imkan verir:
Cədvəl 1. Dünya universitetlərinin reytinqi
|
Det. |
Country |
|
Det. |
Country |
|||||
|
1 |
1 |
1 |
1 |
|||
|
2 |
3 |
2 |
4 |
|||
|
3 |
1 |
3 |
15 |
|||
|
4 |
4 |
4 |
27 |
|||
|
5 |
15 |
5 |
5 |
|||
|
6 |
8 |
10 |
8 |
|||
|
7 |
6 |
80 |
10 |
|||
|
7 |
5 |
15 |
23 |
|||
|
9 |
9 |
7 |
18 |
|||
|
10 |
16 |
35 |
7 |
|||
|
11 |
14 |
12 |
19 |
|||
|
12 |
20 |
6 |
14 |
|||
|
13 |
21 |
8 |
20 |
|||
|
14 |
11 |
13 |
29 |
|||
|
15 |
44 |
11 |
6 |
|||
|
16 |
35 |
24 |
13 |
|||
|
17 |
27 |
9 |
24 |
|||
|
18 |
10 |
31 |
57 |
|||
|
19 |
13 |
22 |
53 |
|||
|
20 |
30 |
14 |
33 |
Cədvəl 2. Azərbaycana qonşu ölkələrin (ölkə daxilində) universitetlərinin reytinqi
|
Ölkə reytinqi |
Dünya üzrə r. |
Universitet adı |
Ölkə adı |
|||
|
1 |
202 |
Lomonosov ad. MDU |
Rusiya F. |
0 |
0 |
0 |
|
1 |
289 |
Malaya Universiteti |
Malaziya |
440 |
373 |
241 |
|
1 |
293 |
Tehran Universiteti |
İran-fars |
547 |
398 |
203 |
|
1 |
320 |
Səudyyə Kral Universiteti |
Saud.Ərəbistanı |
1019 |
380 |
122 |
|
1 |
525 |
Orta Doğu Teknik Üniversitesi |
Türkiyə |
566 |
522 |
696 |
|
1 |
827 |
Komsat İnf. Texn. institutu |
Pakistan |
4809 |
1064 |
253 |
|
1 |
848 |
Təbriz Tibb University |
Cənubi Azərbaycan |
3190 |
595 |
540 |
|
1 |
906 |
Nazarbayev Universiteti |
Qazağıstan R |
1261 |
892 |
1123 |
|
1 |
1450 |
Tbilisi Dövlət Universiteti |
Gürcüstan |
3889 |
1745 |
1202 |
|
1 |
2997 |
Yerevan Dövlət Universiteti |
Ermənistan R |
4664 |
2458 |
3679 |
|
1 |
3429 |
Bakı Dövlət Universiteti |
Azərbaycan R |
8567 |
3117 |
3151 |
|
2 |
3628 |
ADİU-UNEC |
Azərbaycan R |
6200 |
3225 |
4088 |
|
1 |
29231 |
Dövlət Enerji Universiteti |
Türkmənistan |
29197 |
6547 |
7206 |
Cədvəl 3,4,5. Azərbaycan universitetlərinin reytinq cədvəli
![]()
![]()
Belə davam edərsə, ölkələrin inkişaf səviyyəsində də eyni uçurum əmələ gəlməsi qaçılmaz olacaq. Vaxtilə eyni müstəmləkəçilik şərtlərilə yaşayan İsrail, Cənubi Koreya, Sinqapur və s. kimi ölkələr indi həmin müstəmləkəçilərə təhsil və elmin hesabına meydan oxuyur. Cənubi Koreya hazırda bütün SSRi ölkələrindən, İsrail bütün ərəb ölkələrindən və Sinqapur Malaziyadan daha böyük iqtisadi və hərbi gücə malikdir. Eyni yolu Azərbaycan təkrarlamasa, geriya dönüş təhlükəsi yarana bilər. Hər bir Azərbaycanlı bu kerçəkliyi dərk etməli və UNİVERSİTET islahatlarına (yalnız təhsil deyil) başlamalıdır.
Bununla bərabər, qeyd etməliyəm ki, yeni üslubla və elmi-pedoqoji təcrübə ilə işləyən universitetlər də var və bunlar, sürətlə irəliləyirlər. UNEC qısa zamanda bir neçə min universiteti arxada buraxaraq birinci yerdə duran BDU ilə birinci yer uğurunda mübarizədə fərqi 199 universitetə endirib. Həm də bu universitet bütün mənfi çalarlarla ən geridə qalan təhsil ocağı imicini aşaraq ən nümunəvi səviyyəyə qalxmağı bacarmışdı. Demək, ölkədə müsbət təcrübə müəyyən olunub ki, bu təcrübənin köməyi ilə başqa universitetlər də irəli gedə bilər.
Ümumiyyətlə, bütün sahələrdən daha vacib olan təhsil və elm sahəsində ciddi islahatlara başlamaq zərurəti var və nə qədər mümkündürsə tez aparılmalıdır. Ölkənin bütün gələcəyi, inkişafı, bütövlüyü, suverenliyi, müdafiə sisteminin, ordusunun qurulması ilk növbədə təhsil və elm sahələrinin islahatlarından və inkişafından asılıdır. İslahatlar necə və nə formada aparıla bilər.
Mənim fikirimcə:
İlk növbədə dünya səviyyəli bir və ya bir neçə universitetin yaradılması zərurəti var (World class university). Nümunə kimi ortaya bir və ya bir neçə universitet qoyularsa, digərləri üçün bir nümunə kimi sitifadə oluna bilər. Bir neçə il əvvəl Dünya bankı belə bir layihə üzərində işləmiş və bir neçə ölkədə tətbiq olunmuşdur. Dünya bankının hesablamalarına görə yeni bir universitetin qurulması üçün bir milyard dollar, fəaliyyətdə olan universitetin dünya səviyyəli universitetə çatdırmaq üçün isə 500 milyon dollar tələb olunur. Belə bir müsbət dinamikaya sahib universitet kimi UNEC bu layihəyə ən yaxşı namizəddir.
Universitet yalnız dövlətin və ya kollektivin məsuliyyətində olmamalıdır, bu problem bütün dünyada olduğu kimi bütün ictimaiyyətin ən vacib problemi səviyyəsinə qaldırılmalıdır. Dünyada, xüsusilə də universitet məskəninə çevrilmiş ABŞ-da universitetlərin formalaşmasında bütün qüvvələr iştirak edir və bu hal ümummilli xarakter almışdır. Eyni sistemin Azərbaycanda tətbiq olunması məqsədəuyğundur. Əgər müsbət və özünü doğruldan yaxşı bir təcrübə varsa, nə üçün tətbiq olunmasın. ABŞ və əksəriyyət inkişaf etmiş ölkələrdə universitetlərin maliyyələşdirilməsi əsasən ENDOWMENT (ianələr) fondu vasitəsilə həyata keçirilir.
Cədvəldən göründüyü kimi Universitetlərin bu fondlarının həcmi çox böyükdür. Ümumilikdə isə ABŞ universitetlərinin ümumi ENDOWMENT fondlarının həcmi 800 milyard dolları keçir, bu da Rusiya kimi dövlətin büdcəsindən bir neçə dəfə çoxdur. Bu universitetlərin idarəçilik təcrübəsini də bizim universitetlərə tətbiq etmək olar. Bu bütün sahələri, seçki, tədris, müstəqil qərar vermək muxtariyyəti, elmi dərəcə və elmi rütbələrin təqdimatı, elm xərclərinin ayrılması və istifadəsi qaydaları və s. istiqamətləri əhatə edə bilər.
Cədvəl 6. ABŞ universitetlərində top 10 universitetin ən böyük ENDOWMENT fondu
|
Universitetlər |
|
2021 maliyə ilinin sonuna ENDOWMENT fondu, milyard dollar |
|
|
|
$53.2 |
|
|
|
|
$42.3 |
|
|
|
|
$37.8 |
|
|
|
|
$37.0 |
|
|
|
5.Massaçusets Texnologiya İnstitutu y |
|
$27.4 |
|
|
|
$20.5 |
|
|
|
|
$18.4 |
|
|
|
|
$16.9 |
|
|
|
|
$16.8 |
|
|
|
|
$13.7 |
Rəqəmsallaşma şəraitində universitetlər əsas lokomotiv olmalıdır. Azərbaycanda isə əksinə, universitetlər təcrübənin arxasınca qaçır. Rəqəmsallaşma şəraitində bütün proseslər elmi idarəetmə sisteminə keçmişdir, hər bir virtual əməliyyat elmi sayılır. Bu zaman ilk növbədə kadrlar hazırlanmalı, bütün proseslərin elmi əsası işlənməlidir. Rəqəmsallaşmanı təmin edən və Qərb universitetlərində bir neçə onilliklər müddətində mütəxəssislər hazırlanan çoxsaylı elmlərin heç biri hələ Azərbaycan universitetlərinə çatmayıb. Hələ də universitetlərdə virtualın qapısını, kompüterin açıb-bağlanmasını bilməyən müəllimlər var. Bir neçə gün ərzində sadə kompüteri öyrənə bilməyən professor tələbəyə mürəkkəb proqramlar, data sayəns, neyron şəbəkələrindən nə öyrədə bilər? Pandemiyadan sonra dərslərin yenidən köhnə auditoriyalara qaytarılması iki addım geriyə dönüş etmək oldu. Bütün proses və əməliyyatların virtualda həyata keçirilməsi şəraitində tələbəni real təcrübədən, kompüterdən ayırıb Nikolay dövründən qalma yazı taxtalarına qaytarmaq nə dərəcədə məntiqə uyğundur?
Ölkədə rəqəmsallaşmanın 3-cü onilliyi gedən vaxtda bir dənə də olsa smart dərslik yoxdur, halbu ki, qərb universitetlərində demək olar ki, bütün sahələr üzrə smart dərsliklər geniş yayılmışdır, heç klassik dərsliklər də ya buraxılmır, ya da universitetlər tərəfindən alınmır. Universitetlərin ümumi maliyyələşdirilməsi çox aşağı səviyyədədir, həm də inflyasiyaya uyğun indeksasiya olunmur. Cəmiyyət təhsilə hər cür yatırım etməli olduğu halda təhsilə ayrılan cüzi maliyyəni inflyasiya vasitəsilə çeynəyir. Elm, xüsusilə, universitet elmi sıfırlanmış vəziyyətdədir. Elm və təhsil sahəsində 20-ci əsrin 50-60-cı illərinin səviyyəsinə enmişik. Problemlər olduqca çoxdur, geniş islahatlar proqramının həyata keçirilməsi vaxtıdır.
Saleh Məmmədov,
İqtisad elmləri doktoru, professor
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib