Sabiq rəis və biznesmen Səlim Müslümovun məhkəməsində: "Onunla qrup yoldaşı idim..."
19-12-2022 [18:49]
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizim idarədə ayrı-ayrı vaxtlarda yoxlamalar aparılıb. Aşkarlanan nöqsanların ört-basdır edilməsi üçün rüşvət verirdik".
Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Yasin Rüstəmov deyib.
Onun sözlərinə görə, o, DSMF-nin Xaçmaz Rayon şöbəsinin sabiq müdiridir:
"Nazirlik tərəfindən bizim idarəmizdə iki dəfə yoxlamalar aparılıb. Müəyyən nöqsanlar aşkarlanıb. Mənim haqqımda ağır intizam tədbirlərinin görülməməsi üçün nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdir müavini Nizami Xanlarova 18 min manat, işdən çıxarılmamağım üçün isə 15 min manat rüşvət vermişəm".
Şahid Mustafa Mustafayev "Şəhanə 2014" MMC-NİN təsisçi və direktoru olub. Onun sözlərinə görə, müəssisənin bütün səlahiyyətlərini nazirliyin nümayəndəsi Nizami Xanlarova verib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin idarə rəisi Natiq Əzizovla qrup yoldaşı olmuşam. Məhz bu amilin sayəsində tenderlərin qalibi olmuşam. Lakin şirkətimin aparacağı tikinti işlərini nazirliyin nümayəndəsi Nizami Xanlarova vermişəm. İki evin tikintisinə görə Natiq Əzizova ümumilikdə 12 min manat pul vermişəm".
Növbəti proses dekabrın 26-da davam etdiriləcək/Report.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
Mia.az
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq
Sabah 16 yaşayış məntəqəsində qaz olmayacaq
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
Rasim Balayev Amaliya Pənahova ilə "Babək"dəki məşhur yataq səhnəsindən danışdı: "Yaxın bir dostum dedi ki, necə peşəkarsan"
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Nəsimi rayonunda “14 İyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı ” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotoreya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
37 ildir Yazıçılar Birliyinə sədrlik edən Anar: "3 il sonra gedəcəm, qoy sevinsinlər..."
Efirdə müğənnilərin sözü çəpləşdi - Mikrofonlar söndürüldü (VİDEO)
Xalq artisti Afaq Bəşirqızı: "Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, indikindən abırlıdır"
Deputat Milli Məclisdə məmurları qınadı: "...o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı?"
Vəhdət Partiyasında iclas: yeni media orqanı yaradılacaq və... - Daha nələr müzakirə olunub? - FOTO
Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşüb
Nərimanovda suşi belə iyrənc emalı müəssisəsində hazırlanırmış... - AQTA nöqsanları üzə çıxardı (FOTO)
Daha iki qanuna dəyişiklik təsdiqlənib
Sabah hava necə olacaq? - Açıqlama
Qəzzada daha 11 fələstinli həlak olub
“Xüsusi icra məmurları haqqında” yeni qanun lqəbul edilib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
QANUN DƏYİŞDİ: Media subyektləri Media Reyestrindən hansı hallarda çıxarılacaq? - Yeni qanun
KEÇMİŞ MƏZUNLAR PREZİDENTƏ MÜRACİƏT ETDİ: "Bizə kömək edin"
Müdafiə Nazirliyi: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və...
Sərhəddə Rizman Həsənov 13 kq narkotiklə tutulub
Məşhur göz həkimi Cahid Şahbazova cinayət işi açılıb? - Açıqlama
Bakıda dana əti bahalaşıb - VİDEO
İran XİN: "Nüvə proqramını məhv etmək xəyalı puça çıxıb" - "Onlar indi Netanyahuya nə edə biləcəklərini göstərəcəklər"
Türkiyənin 20 şəhərində FETÖ əməliyyatı - Həbslər var
Diplomlu, ali təhsilli hamballarımız… - Təbriz VƏFALI YAZIR
Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb
Salyanda ağır qəza: kollektora aşan maşında üç nəfər ölüb