Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"ı yarışdan kənarlaşdırdı

img

19-12-2022 [18:00]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Mia.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" turnirin son qalibi "Qarabağ"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 71-ci dəqiqədə Ramon Maçado vurub. İlk görüş 2:2 hesabı ilə başa çatdığı üçün "Qəbələ" yarımfinala yüksəlib.

"Qırmızı-qaralar" bu raundda "Sabah" - "Səbail" cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA