Taekvondo üzrə Azərbaycan çempionatı başlayır

img

19-12-2022 [15:20]


Dekabrın 20-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 4 gün davam edəcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Döyüşlər hər gün saat 09:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA