Dünya çempionatı yeni formatla keçiriləcək

img

16-12-2022 [15:48]


FIFA prezidenti Canni İnfantino klublararası dünya çempionatının yeni formatla keçiriləcəyini təsdiqləyib.

Məlumata görə, 52 yaşlı funksioner bu barədə mətbuat konfransında açıqlama verib.

O bildirib ki, turnir 2025-ci ildə 32 komandanın iştirakı ilə dünya çempionatı formatında təşkil olunacaq.

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İngiltərənin "Çelsi" komandası olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR