Sabiq icra başçısı hakim qarşısına çıxarıldı - Övladarına şərikli biznes qurmaq planı və...
15-12-2022 [20:31]
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclasında şirkət əməkdaşı ifadə verib.
Məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov vəkili tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Təqsirləndirilən şəxs ittiham üzrə epizodların bir çoxunu qəbul edsə də, bəziləri ilə razı olmadığını deyib.
Daha sonra "Ağstafa Su Tikinti" ASC-nin keçmiş rəhbəri Məmmədov Vaqif İsrafil oğlu şahid qismində dindirilib.
Bildirib ki, o illərlə Şəmkir rayonunda tikinti işlərini görüb. Bir neçə dəfə tender qalibi olub. Müxtəlif təmir-tikinti işlərini həyata keçirib: ""Səbət bazarı" adlanan bazarın tikintisinin 90 fazini demək olar ki, mənim şirkətim tərəfindən inşa edilib. Ora Çinarli bələdiyyəsinə məxsus "Çinarli MMC"yə məxsus ərazi idi, lakin onlar sahibkarlara dəstək dövlət fondundan aldıqları faizlə bərabər 727 min manat krediti ödəyə bilmədiklərindən, orda bir iş görə bilməmişdilər. Sonradan biz krediti də öz öhdəmizə götürmək şərti ilə həmin ərazini aldıq. Həmin bazarın 45 %-i oğlum Orxan Məmmədliyə, 10 faizi Alimpaşa Məmmədovun köməkçisi və mənim uzaq qohumum Mahir Əliyevə, yerdə qalanı isə Alimpaşa Məmmədovun oğluna məxsus olub. Mənim oğlumla A.Məmmədovun oğlu dostdurlar. Biz ailəvi yaxınıq, elə Alimpaşa Məmmədovla birgə istədik ki, cavanlar iş qursunlar. M.Əliyevin də imkanı zəif idi, yoldaşlıqları var idi, ona görə ortaq elədik ki, o da dolana bilsin", - V.Məmmədov qeyd edib.
Prokuror sual verib ki, Çinarlı qəsəbə Bələdiyyəsinə məxsus "Çinarlı MMC" kreditə götürdüyü o qədər puldan nə qədəri geri qaytarılıb?
V.Məmmədov deyib ki, 2015-ci ildən 2018-ci ilə qədər heç bir kredit ödənilməyib.
Məhkəmədə V.Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
Məhkəmənin növbəti iclası dekabrın 22-də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib/Report.
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat