Türkiyə və Türkmənistan prezidentləri görüşüb: "Üç ölkənin nazirləri mühüm qərar qəbul eidblər"

img

14-12-2022 [10:39]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Görüş Türkmənistanının Avaza rayonunda keçirilib.

Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Görüşdə Ərdoğan deyib ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Avazada baş tutan görüşündə mühüm qərarlar qəbul edilib

Onun sözlərinə görə, enerji, təbii qaz, nəqliyyat sahələrində atılacaq addımlar çox böyük önəm daşıyır: “Biz bu gün bunun əsasını qoysaq, gələcəyə doğru mühüm addımlar atmış olacağıq. Türkiyə, Azərbaycan və Türkmənistan Dövlət Başçılarının Zirvə Görüşü tarixə Avaza Zirvəsi olaraq yazılacaq".

Ərdoğan əlavə edib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması qurumu gücləndirəcək: "Üç ölkə liderinin görüşü çox böyük addımlar atılacağının göstəricisidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür