Argentina - Xorvatiya oyununu italyan hakimlər idarə edəcək

img

12-12-2022 [09:23]


Dünya çempionatında Argentina və Xorvatiya milliləri arasında dekabrın 13-də keçiriləcək yarımfinal oyununu italyan hakimlər idarə edəcək.

Mia.az xəbər verir ki, oyununn baş hakimi Daniele Orsatoya, yan hakimləri isə Çiro Karbone və Alessandro Ciallatini olacaq. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Məhəmməd yerinə yetirəcək.

İtaliyalı Massimiliano İrrati VAR hakimi, həmyerlisi Paolo Valeri isə onun köməkçisi olacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA