Mülkü dağıdılan iş adamının məhkəməsi başlayıb – “Azimport” rəhbəri məhkəməyə gəlməyib (Açıqlamalar)
10-12-2022 [13:35]
Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azimport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə hazırlıq iclası keçirilib.
“AzPolitika.info” xəbər verir ki, A.Əsgərov özü prosesdə iştirak etməyib, onu iki vəkili təmsil edib.
İş adamı K.Akimov və vəkili Ceyhun Yusifov hazırlıq iclasına qatılıb.
Hakim prosesdə əvvəlcə tərəflərin anket məlumatlarını dəqiqləşdirib.

Vəkil Ceyhun Yusifov “AzPolitika.info”-ya bildirib ki, əvvəlcə cinayət işinin məhkəmə baxışına təyin edilməməsi, işin yenidən təkmil istintaqa qaytarılması barədə vəsatət veriblər. “Çünki işlə bağlı ciddi prossesual pozuntulara yol verilib, xüsusən, işlə tanış olmaq hüququ tam şəkildə pozulub. Azər Əsgərovun vəkili Şaik Mirzəyev isə vəsatətin təmin olunmamasını istədi. Hakim bu vəsatəti təmin etmədi və cinayət işi məhkəmə baxışına təyin olundu. Tərəflərin başqa vəsatətləti olmadı”.
Ceyhun Yusifov dedi ki, qarşı tərəfin vəkilləri məhkəməyə 1 milyon dollar maddi və mənəvi təzminat ödənilməsi ilə bağlı mülki iddia təqdim edib.

Müşavirədən qayıdan qayıdan hakimlər kollegiyası Azər Əsgərovun mülki iddiasını icraata qəbul edib. Cinayət işi üzrə məhkəmə istintaqı 23 dekabr tarixinə təyin edilib.
Kamal Akimov “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, hakimlərdən yalnız ədalətli araşdırma gözləyir. “Mənim haqqım, hüququm pozulub, şər-böhtanla üzləşmişəm, mən ancaq qərəzsiz, ədalətli məhkəmə araşdırması istəyirəm. Ümid edirəm ki, hakim Zeynal Ağayev bunu təmin edəcək”.
Xatırladaq ki, Bakı şəhər sakini K.Akimov Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı bildirib ki, özü zərərçəkən olduğu halda “Azİmport” rəhbərinin şər-böhtanı ilə üzləşib. Onun sözlərinə görə, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib və s.
K.Akimov isə iddiaları rədd edir, bildirir ki, o öz halal vəsaitini almaq üçün 10 ilə yaxındır Azər Əsgərov tərəfindən süründürülür. Bu illər ərzində ancaq məhkəməyə və dövlət qurumlarına müraciət edərək hüquqi vasitələrlə əmlakının dəyərini əldə etməyə çalışır. O, media vasitəsi ilə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək bu işi nəzarətə götürməsini, hüquqlarının qorunmasına yardım etməsini xahiş edib.
Rasim Əliyev
“AzPolitika.info”
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat