İlkin Süleymanovun məhkəməsi: generallar iclasa çağırıldı
08-12-2022 [17:32]
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəməyə çağırılması tələb olunub.
Bu barədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri dekabrın 7-də məhkəmədə vəsatət qaldırıblar.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, cinayət işinin materiallarından müstəntiqin İlkinin telefonunu tədqiq etmək üçün Arzu Daşdəmirova verdiyi görünür: “Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?”.
Məlumat üçün bildirək ki, "Nərmin işi"ndə İlkin Süleymanova qarşı əsas sübutlardan biri onun telefonudur. İddia olunur ki, İlkinin telefonunda müxtəlif vaxtlarda “youtube”da cizgi filmlərinə baxış olub. İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara da baxılıb.
İlkinin vəkilləri deyir ki, o, 6 yanvar 2020-ci ildə, axşam saat 20.00 radələrində saxlanılıb və telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq saxta sübutlar yaratmağa cəhd göstərilib. Vəkillərin sözlərinə görə, Süleymanov 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Belə ki, ekspertlər də telefona müdaxilə edildiyini daha əvvəl təsdiqləyiblər.
Ötən prosesdə vəkillər ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin dindirilməsini istəmişdi. Belə ki, aparıcı yanmış meyit tapılandan bir gün sonra efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçasıyla 5 zərbə endirilib, həm də 5 gün öncədən öldürülüb. Müdafiəçilər deyib ki, fevralda verilmiş rəyi, yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?! Nərminin atası Şərif Quliyev bildirib ki, Zaur yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Məhkəmə Zaur Baxşəliyevi çağırıb dindirməyə razılıq verməyib.
Generalların çağırılıb dindirilməsi məsələsi isə açıq qalıb.
Qeyd edək ki, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayora bərabər tutulan xüsusi hərbi rütbə), DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov isə polis general-mayorudur.
Proses dekabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib. Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanov tutulub. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat