"Sədərək Yusif"in oğlu və gəlini xidmətçini tutdurub - 803 minlik oğurluqla bağlı maraqlı məhkəmə prosesi gedir
06-12-2022 [21:51]
"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az teleqraf.com-a istinadən bildirir ki, ittihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.
İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.
İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqislri bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.
İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan hazırlıq iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Ruzan Cabbarova orta təhsilidir. Orta məktəbin 8-ci sinifinə qədər təhsil alıb. Ailəlidir, 4 uşaq anasıdır.
Ruzan Cabbarova bildirib ki, övladlarından 3-nün 18 yaşı tamam olub və ailə qurublar, ayrı yaşayırlar. Onun özünün himayəsində 11 yaşında azyaşlı övladı var.
Hakim təqsirləndirilən şəxsə hüquq və vəzifələrini izah edib. Həmçinin bildirib ki, cinayət işi üzrə zərərçəkmişlər - Orxan Qədimbəyli və Fəridə Qədimova məhkəmənin hazırlıq iclasında iştirak etmir. Hakim onların iştirakı olmadan prosesin davam etdirilməsi barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər isə zərərçəkmişlərin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz bildirməyiblər.
Bundan sonra təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin şüşə qəfəsdə yox, müdafiəçisi ilə yanaşı əyləşdirilməsini istəyib: "Təqsirləndirilən şəxsin şüşə qəfəsdə saxlanılması onun müdafiə hüququnun pozulmasıdır. Çünki orta təhsillidir, 8-ci sinifə kimi təhsil alıb və hüquqdan anlayış yoxdur. Ona suallar verəndə mənim üzümə baxır. Bu, prosesdə tez-tez fasilələrin yaranmasına səbəb olacaq, məhkəmənin gedişinə təsir edəcək. Şüşə qəfəsdə onun qeydlər aparması üçün şərait də yoxdur".
Prokuror Ziya Mənsurov təqsirləndirilən şəxsin şüşə qəfəsdən kənarda əyləşdirilməsinin mümkünsüz olduğunu deyib. Zərərçəkmiş şəxslərin nümayəndəsi, vəkil Əbülfəz Zeynalov isə bu məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib.
Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin təhlükəsizliyinə konvoy cavabdehdir, onlar da təqsirləndiriləni onun üçün ayrılmış xüsusi yerdə saxlayılar.
Müdafiəçinin növbəti vəsatəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı olub. Vəkil qeyd edib ki, Ruzan Cabbarovanın daimi yaşayış yeri var: "Onun məhkəmənin çağırışlarından yayınması mümkün deyil. Barəsində seçilmiş qətimkan tədbiri dəyişdirildiyindən vaxtı-vaxtında məhkəmənin çağırışlarına gələcək. Həmçinin himayəsində bir azyaşlı övladı var. 4 aydır ki, Cabbarova həbsdə saxlanılır. Həbs olunandan sonra azyaşlı uşağı bundan psixoloji sarsıntı keçirib. Bütün bunların nəzərə alınmasını xahiş edirəm".
Vəkil təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsi barədə də vəsatət verib. Bildirib ki, Ruzan Cabbarovanın hüquqları ibtidai istintaq zamanı pozulub: "Ona dövlət tərəfindən bir vəkil təyin olunub. Ruzan Cabbarova istintaq zamanı onu cəmi iki dəfə görüb. Birinci dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə, növbəti dəfə isə ifadə verəndə... Digər istintaq hərəkətləri vəkilin iştirakı olmadan aparılıb.
Ruzan Cabbarovanın özünün dediyi kimi təhsili olmayıb, yazıb-oxumağı bacarmır. Belə olan halda müstəntiq nə deyibsə, təqsirləndirilən şəxs də ona əməl edib. Müstəntiq ona deyib ki, bu iş sənin xeyrinə həll ediləcək, bu yerlərə imza at. O da inanıb və imzasını qoyub. Belə olan halda Ruzan Cabbarova istintaq zamanı müdafəsiz qalıb".
Vəkil Ruzan Cabbarovanın barəsində olan cinayət işinə xitam verilməsini, işin yenidən araşdırılması üçün prosessual hərəkətlər həyata keçirən prokurorluğa qaytarılmasını istəyib.
Prokuror isə bildirib ki, təqsirləndirilən şəxs xüsusi ilə külli miqdarda əmlak ələ keçirməkdə ittiham edilir: "Həmin əmlakın yarısı qaytarılsa da, yarısı qaytarılmayıb. Həmin əmlakların taleyindən xəbər yoxdur. Təqsirləndirilən şəxs məhkəmədən yayına bilər, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur".
Müşavirə keçirən hakimlər vəsatətləri təmin etməyiblər. Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.
Mia.az
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub