DÇ-2022: Yaponiya Xorvatiyaya penaltilərdə uduzdu (Yenilənib)

img

05-12-2022 [21:44]


Bu gün Dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları üz-üzı gəliblər.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan ounda hesabı yaponlar açıb.

Belə ki, 44-cü dəqiqədə Daydzen Maeda  komandasını önə çıxarıb - 1:0

 55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib - 1:1

Oyunun əsas vaxtı bu bərabərə bitdiyindən hakim 30 dəqiqəlik əlavə vaxt təyin edib.

120 dəqiqənin sonunda hesab dəyişmədiyindən penaltilərə gedilib.

Penaltilərdə 3 zərbəni dıf edən xorvat qapıçı bununla komandasının 1/4-ə yüksəlməsində əsas rol oynayıb- 1:3.

Qeyd edək ki, Xorvatiya 1/4-də bu gün oynanılacaq Brazilya- Cənubi Koreya oyununun qalibi ilə qarşılaşacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR