İlham Əliyev: "Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi"

img

05-12-2022 [18:00]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun doğmalarına və yaxınlarına başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Maqomedali Maqomedov Azərbaycan və Dağıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad ab-havasının möhkəmlənməsinə sanballı töhfə verib.

Maqomedali Maqomedoviç Maqomedov ilə Heydər Əlirza oğlu Əliyev arasında yaranmış dostluq münasibətlərini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

Maqomedali Maqomedovun nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.

Bu ağır itki ilə əlaqədar sizin kədərinizə şərik çıxır və səmimi qəlbdən başsağlığı verirəm.

Allah rəhmət etsin!"


Digər xəbərlər
SON XƏBƏRLƏR