Ekstrasens Zirəddin "qarğışım çox keçərlidir" deyir və sensasiyalı proqnozlar verir: "Qızıma şəxsiyyət vəsiqəsi vermədilər"
05-12-2022 [17:40]
Mia.az tanınmış ekstrasens Zirəddin Rzayevin Lent.az-a müsahibəsini təqdim edir:
- Zirəddin bəy, necəsiniz? Son vaxtlar mediada və sosial şəbəkələrdə haqqınızda müxtəlif yazılar gedir. Nə baş verir?
- Bu günlərdə “Youtube”da bir video gördüm. “Turanbank”dan və mənim bu bankın sahibi ilə əlaqələrimdən danışırdılar. Deyirdilər bankı “Şapka Mamed” adlı biri idarə edir, lakin bankın əsl sahibi o deyil. Həmin proqramda iddia edildi ki, mən “Şapka Mamed”in ailəsinin şəxsi məsləhətçisiyəm, məndən istifadə edirlər, hətta mənə görə Mamedin oğlunun ailəsi dağılıb, mənim üstümdə ailədə narazılıqlar olub. Guya “Şapka Mamed”in xanımı mənə bahalı avtomobil bağışlayıb. Təəssüf ki, Azərbaycan mediasında dedi-qodu, iftira üzərində qurulmuş xəbər portalları çoxdur. Kim kimin haqqında nə gəldi uydurub yazır, nə bir mənbəyə əsaslanır, nə araşdırılır, nə qarşı tərəfin fikri öyrənilir. “Deyilənə görə” deyib, bildiklərini edirlər. Bu mediadır, qeybətxana deyil. Mən o ailə ilə tanış deyiləm. İnsanların haqqında bu şəkildə qara böhtan atmaq hansı vicdana sığar, günah deyilmi? Mənim də burda rusdilli qəzetim var, qeydiyyatdan keçib. Mən də durub ağlıma gələni yazım, xoşa gələrmi? Mənim birinci təhsilim müəllimlikdir, daha sonra psixologiya fakültəsini bitirmişəm. Çıxıb özünə tanınmış jurnalist deyən birisi haqqımda “itbaz” deyə yazı yazır. Yazıb ki, itləri 40 gün qaranlıqda saxlayıb, sonra onları boğuşdururam. Bu da ona çiləxanada qalan dərvişləri xatırladırmış. Gərək nə qədər bisavad və həyasız olasan ki, dərvişləri itlərlə müqayisə edəsən. Mən bir yana, ruh adamı olan dərvişlərə qarşı bu ədalətsiz davranış deyilmi? Sonra yazıb ki, Zirəddin Rzayev Rusiya xüsusi xidmət orqanlarının təsiri altına düşüb, Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyir. Əgər heç kimin bilmədiyini bu jurnalist bilirsə, deməli o özü FTX-ya işləyir və ya haranınsa agentidir. Gah yazır alkaqolikəm, gah yazır eyş-işrətlə məşğulam. Bir söz qalıb haqqımda işlətmədikləri - terrorçu. Onu da yazsalar, dincələrdilər. Deyilən söz isbat olunmalıdır. Kimsə kimisə təhqir edirsə, bunun bir cavabı olmalıdır. Hünəriniz çatırsa, əlinizdə olan sübutları göndərin Dövlət Təhlükəsizlik Xidmətinə sübut edin. Sübut edə bilmirsinizsə nə yazırsanız yazdığınız öz səviyyənizdir, cəfəngiyatdır, xülyadır. Bu meydan, bu da şeytan. Bir dəfə bir nevroloq mənim kliniki psixoloq adlandırılmağımı elmə qara ləkə adlandırdı. Araşdırdım, həmin nevroloqu. Avropa Nevroloji Elmlər Akademiyasının həqiqi üzvü imiş. Birincisi heç Avropa Nevroloji Akademiyası deyə bir nüfuzlu qurum yoxdur. Avropa Elmlər Akademiyası var. İkincisi sənin özünün AMEA-da qeydiyyatın yoxdur, adın it dəftərində də deyil. Mən diplomlarımı, diplomlara əlavələrimi hazıram təqdim edəm. Siz nəyi təqdim edəcəksiniz?
- Sizə niyə itbaz deyilirdilər ki?
- Mənim fermam var. Fermada inək, qoyun, toyuq saxlayıram, itlərim, pişiklərim də var. Bu işlərlə mən şəxsən məşğul olmuram. İşçilər var. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirən adama həmin jurnalist kinoloq, itbaz deyirsə, bu sadəcə qərəzdir.
- Tez-tez rastlaşırsınız şəxsinizə qarşı əngəllərlə?
- Bax sizə bir faktı da açım. Bu əslində şəxsimə qarşı əngəl deyil, işin işi bilməyənlərə həvalə olunmasıdır. Mənim qızım Azərbaycanda doğulub. O doğulanda mən də, anası da Azərbaycan vətəndaşı idik. Mən indi Rusiya vətəndaşlığını almışam. Anası yenə Azərbaycan vətəndaşıdır. Amma mənim qızıma Azərbaycanda şəxsiyyət vəsiqəsi vermədilər. Bu uşaq haranın vətəndaşı sayılır? Milli mənsubiyyətini Azərbaycanın Miqrasiya Xidməti tanımadı. Qızımı vətəndaşlıqdan hansı cinayətinə görə çıxarıblar? Beynəlxalq qanunvericiliyə görə, valideynlərdən biri hansı ölkənin vətəndaşıdırsa, uşaq da həmin ölkənin vətəndaşıdır. Bəs mənim qızımı vətəndaşlıqdan kim çıxarıb? Tibb Universitetinə hazırlaşır. Sabah bir yaxşı həkim olub xalqını təmsil edəcək. Xalqımızın ağır günündə sosial şəbəkədə bir mahnı paylaşsa, “azərbaycanlıya yaraşmaz” deyib, topa tutarlar adamı. Amma, bu gün ona azərbaycanlı adını vermək istəmirlər.
- Bir az da proqnozlardan danışaq. Çinlə bağlı sosial şəbəkələrdə qorxunc videolar yayılır. Koronavirus yenidən boy göstərəcək?
- Dünya tarixində koronavirusu öncədən söyləyən ikinci kahin olmayıb. Bunu birinci mən demişəm. Mən bu barədə 2017-ci ildə proqnoz vermişdim. Dedim ki, 2019-cu ilin payızında bir virus çıxacaq və insanlar maskada gəzəcəklər. Koronadan sonra viruslar 10 il müddətində davam edəcək, mutasiya olunmuş viruslar çıxacaq. İnsanları hələ çox həngamələr gözləyir. 2021-ci ilin 21 dekabrında öz “Instagram” səhifəmdə proqnozlar paylaşdım. İndi də qalır, baxa bilərsiniz, sel və su ilə gələn böyük fəlakətlərin gözlənildiyini demişdim. Bu 2023-cü ildə də hökm sürəcək. Pakistanı gördük. İndoneziya və Türkiyəni gördük. 2022-ci ili sel ili adlandıra bilərik. Dünyanı böyük subasmalar gözləyir.
- İndən belə də?
- Bu hələ harasıdır ki. Su dünyaya hökmranlıq edəcək. Allah insanların azğınlığını, homoseksualizmi bu dünyada su, axirətdə alovla cəzalandıracaq.
- Üzümüzə gələn dovşan ili nə vəd edir?
- 2022-dən o qədər də fərqli bir il olmayacaq.
- Hansı ölkələrin problemi çox olacaq?
- Qazaxıstanla bağlı çətin il olacaq. Şimali Koreya barədə də eynisini deyə bilərəm. Qazaxıstan və İranda ölkədaxili mitinqlər və hərbi müdaxilələr görürəm. Azərbaycan üçün aqressiv il deyil, tam əksinə. 2023-cü ilin fevral, mart, noyabr, dekabr aylarında Qarabağda xırda qığılcımlar olacaq, lakin böyük müharibə görmürəm. 2023-cü ildə Bakıda dəhşətli, hay-küyə səbəb olacaq böyük bir yanğın olacaq. Zavod və ya fabrik olacaq bu. Türkiyədə yenidən terror hadisələri baş verəcək. Ümumilikdə, Azərbaycanla bağlı pis heç nə yoxdur. 2023-cü il sənaye və kənd təsərrüfatı üçün uğurlu il olmayacaq. Qıtlıq və aclıq gözlənilir.
- Qarabağ problemimiz kökündən həll olunacaq, yoxsa elə bağrımızda sağalmaz yara rolunda qalacaq?
- Artıq əsas hissəsi həll olunub. Bir az yaramızın qabığı var, onu da qoparmalıyıq ki, altı sağalsın, amma bitəcək. Hər şey yaxşı olacaq.
- Adətən böyük biznesmenlər, siyasətçilər öngörücüləri öz yanlarına işə dəvət edirlər. Sizi də dəvət ediblər?
- Əlbəttə. Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Azərbaycandan, Avropadan məmurlar müraciət ediblər. Hətta MDB məkanından Avropaya qaçmış siyasi mühacirlər belə müraciət ediblər. Nazirlər, millət vəkilləri, hətta prezident nümayəndələri belə yanıma adamlar göndəriblər, bunu inkar eləmirəm.
- Müraciətlər əsas nə ilə bağlı olur? Şəxsi yoxsa siyasi hadisələrlə bağlı?
- Əslinə qalsa ciddi problemlə qarşılaşanda konkret sualla gəlirlər. Sonra şəxsi məsələlərlə bağlı mütləq nəsə soruşurlar. Molla gəlmişkən ölən ölsün misalı ( gülür). “Nə qədər vəzifədə qalacam?”, ”Məni nə təhlükə gözləyir?” kimi suallarla. Hətta biri öz nəslindən olan birinin prezident olub-ola bilməyəcəyini soruşurdu.
- Vəzifədə çox qalmaq üçün hansısa ritual, cadu etdirənlər də var?
- Mən cadu edə bilmirəm. Amma qarğışım yaman keçərlidir.
- Bəs alqışınız?
- Yəqin ki.
- Sizdəki gücün adı nədir? Kahinsiz, öngörücüsüz ya bu güclü bəsirətdir?
- Kahinlər, gələcəkdən xəbər verən görücülər tarix boyu olub. Xeyirə xidmət edənlər də olub, şər qüvvələrə də. Mən özümü gizli elmlərlə məşğul olan insan kimi təqdim edərdim, ezoterikəm. Bu duyğu deyil, mənə təsir edən qüvvələr var.
- O qüvvələrin adını çəkə bilərsiniz?
- Xeyr.
- Onlar bu planetdəndirlər?
- Əslində yadplanetlilərlə bağlı deyə bilərəm ki, inkar etmirəm, onlar var. Quranda deyilir ki, 18 min aləm var, mənim güc aldıqlarım o 18 min aləmdən birindəndir.
- Paralel dünya deyək?
- Paralel dünya. Bəli.
- Rusiyada, sizdən daha üstün gücə malik ekstrasens var?
- Mən deyəndə məndən inciyirlər. Mən Rusiya kimi bir dövlətdə Daxili İşlər Nazirliyinin iki medalı ilə təltif olunmuş görücüyəm. Üstünü aça bildiyim cinayətlərə görə təltif olunmuşam. Əgər mənə gücü yetən olsaydı, onlara da medal verilərdi. Məndən başqa dövlətdən medal alan başqa ekstrasens yoxdur.
- Güclərinizin özünüzə xeyri var?
- Var. Amma xeyri olduğu qədər zərəri də var. Hər tərəfli. Həddən artıq həssas adamam. Həyatım cəhənnəm içində keçir. Səksəkədəyəm, qorxudayam. Gördüklərim məni qorxudur. Hiss etdiklərim məni incidir. İki dünya arasında qalmışam.
- Nə zaman özünüzdən xəbər tutdunuz?
- 1997-ci ildə. Əslində anadangəlmə vergiliyəm. Bu hadisələri mənim qonşularım da bilir. Doğulmazdan öncə adımı anama yuxuda deyiblər. Şəmkirin Əliyaqublu kəndində yaşayan Seyid Əkbər mənə kirvə verilib. Seyid Əkbər yuxuda anama deyib ki, oğlun olacaq, kirvəsi mənəm. Mən doğulanda müsəlman kimi 3 işarə ilə doğulmuşam.
- İslamda fala baxmaq günah hesab edilir. Siz özünüzü günahkar hesab edirsiniz?
- Xeyr. Kor-koranə inanmaq olmaz. Falla öngörücülüyün fərqi var. Və fala baxıb özünə ziyan verirsənsə bu ziyandır. Tarix boyu bütün hakimlərin ətrafında kahinlər, öngörücülər olub, müsəlman aləmində də. Fal əşya vasitəsilə gələcəkdən xəbər verirsənsə (kofe, noxud, kart), onlar əsasında həyatını qurursansa haramdır. Öngörmə var, bunun heç kim qarşısını ala bilməz. Hava proqnozuna baxırsan, onda haramdı deyib baxmayaq? Politoloqlar, maliyyəçilər də proqnozlar verirlər. Bu elmdir. Öngörücülük vergidir, bunu insan özü eləmir, istəmir.
- Pirlər barədə nə deyə bilərsiniz? Faydasını gördüyünü deyənlər də var, əksini iddia edənlər də.
- Kvant fizikasına əsaslansaq, informasiya sahəsi var. Nə ediriksə o informasiya yazılır, qorunur. Dində buna “əməl dəftəri” deyirlər, elmdə informasiya məkanı. Dualar da bir informasiyadır. Müasir tibb elmi ataizmdən bəhs edir, iddia edir ki, insan meymundan yaranıb. Tüklü, quyruqlu adamlar doğulanda deyirlər bu ataizmdir, soykökünün izlərini qoruyur, milyon illərdir genində daşıyır. Seyidlər peyğəmbər genini daşıyırlar və onun informasiyasının bir hissəsi o adamların genində qorunur. Onların etdikləri dualar, fikirlər əşyalarında, məzarlarında qalır. Ona görə tütyə deyilən o anlayış var. Homeopatiya elmi insanı sırf informasiya ilə müalicə edir. Zəhərin informasiyası hopdurulmuş suyla insanı sağaldırlar. Necə ki balaca bir karta milyonlarla informasiya yazılır. Eləcə də müqəddəslərin məzarları ətrafında da o energetika, o informasiya qorunur. Yaqub peyğəmbər Yusif peyğəmbərin köynəyini gözlərinə sürtdü, gözləri açıldı. Burda söhbət məhz informasiya alaraq sağalmaqdan gedir. İnan bilmədiyi şeyi araşdırmalı öyrənməlidir, inkar etməməlidir.
- Düşüncələr sizi yoranda nə edirsiniz?
- Yaradıcılığa üz tuturam. Şeirlər, qəzəllər yazıram.
Mia.az
Çexiyanın yeni prezidenti general oldu
Milli Kitabxanasının direktoru nazirliyin kollegiyasından çıxarılıb
Azərbaycanda koronavirus: ölən var
Ədalət Partiyasından İrana çağırış: “Əliniz yoxdursa, istintaqı Azərbaycanla birgə aparın!”
Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasiminə qatıldı: "Atası, əmisi və yaxınlarına başsağlığı verdik" - FOTOLAR
Röya: "Qızlar var ki, orası var, burası yoxdur, şeyxlə evlənirlər" - "Bir biznesmen tapıb ərə getdim, onun da evini yıxdılar"
"Bandotdel"dən əməliyyat: İran vətəndaşının liderlik etdiyi dəstə saxlanıldı - FOTO
Misir Prezidentinin Azərbaycana səfəri başa çatıb
Səfirliyimizdə törədilmiş terror dindarları hiddətləndirib - Bəyanat
Azərbaycan və Misir prezidentləri birgə bəyanat verdi, yeni sənədlər imzalandı - TAM MƏTN/FOTOLAR (Yenilənib)
Mobil telefonların qeydiyyatı və İMEİ kodlarla bağlı qaydalar sərtləşdirildi - Nələr olacaq?
Naxçıvanda həkimlər niyə şikayətlənir?
"Gömrük tarifi haqqında” qanuna əlavə təsdiqləndi - Dəyişiklik
Səfirliyimizə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir - FOTOLAR
Səfirliyimİzə hücumu SEPAH təşkil edib? - İnstitutdan açıqlama
Sabah dağlıq və dağətəyi rayonlarda qar yağacaq
İlham Əliyevin Misir prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - FOTOLAR
Xəstəxana direktoru qəzada öldü - VİDEO
İsraildə sinaqoqa hücum: 8 nəfər öldürüldü, yaralılar var - Rəsmi Bakıdan Tel-Əvivə mesaj
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş" qalib gəldi, Tosun tarixə keçdi
Aktrisa: "Film üçün saçımı keçəl qırxdırmağa hazıram" - FOTO
"Qalatasaray" fransız hücumçu ilə danışıqlar aparır
ABŞ-dan İrandakı səfirliyimizə hücuma reaksiya: “Biz İlham Əliyevin çağırışını təkrarlayırıq"
Məşhur futbolçunun arvadı yarıçılpaq fotolarını yaydı - FOTOLAR
Rəsmi Moskva Latviyanın səfirinə iki həftə vaxt verib
Təşkilat sədrini döyüb gözünü çıxardılar - FOTO
Muharrem İnce yeni ittifaq yaradır: "Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olmalıdır"
Misir prezidenti Bakıda iş adamları ilə bir arada: "İnvestisiya üçün imkanlar yaratmalıyıq”
Polis əməkdaşı anası, iki qardaşı və qardaşı arvadını güllələdi - Vərəsə davası 4 nəfərin ölümü ilə bitdi (FOTO)
Azercell-in internet trafiki 40% artıb
Britaniya səfiri Hikmət Hacıyevlə görüşüb - Açıqlama
Partiya sədri bronjilet geyindi: yenə Quran kitabını yandırdı, peyğəmbəri təhqir etdi - Bu dəfə məscidin qarşısında (FOTO)
Kamal Abdulla yenidən bu qurumun sədri seçildi
Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur
Ərdoğan səfirliyə hücumu qınadı: "Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır"
VHP Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanat yayıb
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı: ölənlər var
Səfir: "Hikmət Hacıyevlə vacib görüş keçirdim"
Hülya Avşarın "sevgilisi" kim imiş? - VİDEO/FOTOLAR