Ermənistan 10 nəfərin meyitinin qalıqlarını Azərbaycana təhvil verib

img

05-12-2022 [11:02]


Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR