Ərdoğan: "Ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq"

img

23-11-2022 [14:19]


"İstanbulda terror aktını törədən şəxslər tapılıb və ədalətə təslim edilib"

Mia.az-
ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hadisədə əli olan hər kəs müəyyən olunacaq: "Terrorun intiqamı alınacaq. Türkiyə artıq terrorçuları müəyyənləşdirmək, onları cəzalandırmaq gücünə malikdir”.

Prezident qeyd edib ki, təyyarələrlə, PUA-larla İraq və Suriyada aparılan əməliyyatlar sadəcə başlanğıcdır.

Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".

Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA