NATO: "Ukrayna ordusu müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir”

img

23-11-2022 [11:52]


Ukrayna Silahlı Qüvvələri müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir”.

“RBK Ukraina” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

O bildirib ki, bu, Ukrayna ordusuna döyüş meydanında üstünlük verir: “Biz hamımız texnologiya şirkətlərinin həlledici rolunun şahidi olduq. “Microsoft” və ya “Starlink” kimi şirkətləri indi müharibədə qalib gəlməyə kömək edən şirkətlər kimi qəbul edirik”.

Qeyd edək ki, “Starlink” peyk interneti sayəsində Ukrayna ordusu Rusiya qoşunlarına dəqiq zərbələr endirə və onların PUA-larına nəzarət edə bilir. Bu texnologiya həm də mülki şəxslər arasında kommunikasiyaya kömək edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA