Lavrov İrəvana gedib - Putin də Ermənistana yollanacaq

img

22-11-2022 [17:45]


Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı İrəvana ikigünlük səfəri başlayıb.

Ermənistan mətbuatı xəbər verir ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanda KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. İclasa Rusiya Prezidenti Valdimir Putin də qatılacaq. Onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür