Tokayev qələbəsindən sonra bəyanat verdi: "Siyasi quruluşu dəyişəcəyik"

img

21-11-2022 [09:05]


"Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq".

Bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib.

O qeyd edib ki,  konstitusiya islahatı ardıcıl həyata keçiriləcək

Xatırladaq kii, ilkin məlumata görə, Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlib.

Digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA