İlkin Süleymanovun məhkəməsi: qoyun cəsədi niyə yandırılıb? - Prosesdə gərginlik yaranıb
17-11-2022 [14:31]
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda insan meyitinin yanma prosesini müəyyən etmək üçün qoyun cəsədi üzərində aparılan eksperiment və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılması videosu nümayiş olunub.
İş üzrə dövlət ittihamçısı meyitin yanma parametrlərinin müəyyən edilməsi üçün qoyun cəsədinin yandırıldığını bildirib.
Təqsirləndirilən şəxsin vəkilləri - Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov eksperiment videosu ilə bağlı məhkəməyə çoxsaylı suallar ünvanlayıblar.
Zabil Qəhrəmanov xüsusilə qoyunun bir hissəsinin yanmaması məsələsinə diqqət çəkib. Vəkil Nərmin Quliyevanın cəsədinin tam yandığını xatırladıb: “Videodan da göründüyü kimi, qoyun torpaqla təmasda olduğu üçün arxa tərəfi qətiyyən yanmayıb. Hətta orda ekspert də müstəntiqə səslənərək deyir ki, arxa tərəf yanmayıb. Bundan sonra benzin töküb tam yandırırlar. Amma Nərminin cəsədində arxa hissəsi tamamilə yanmışdı. Bu eksperimentdə məqsəd o olub ki, yanmanın hansı müddətdə baş verdiyini müəyyən etsinlər. O da alınmadı. Birinci dəfə yandırdılar, gördülər nəzərdə tutduqları vaxt olmadı, yenidən yandırdılar”.
Zabil Qəhrəmanov eksperiment zamanı mümkün olan detalların eyniləşdirilmədiyini qeyd edərək eksperiment videosunun sübutlar siyahısından çıxarılmasını istəyib.
Müzakirə zamanı vəkillərlə məhkəmə heyəti arasında mübahisə olub.
Prosesin davamında İlkin Süleymanovun etirafedici ifadəsinin yerində yoxlanılması kadrları göstərilib. Müdafiə tərəfi ifadənin yoxlanılması zamanı təqsirləndirilən şəxsə detallı suallar verilmədiyini bildiriblər: “Etirafedici ifadədən söhbət gedirsə, burda ittiham olunan şəxsdən detallı şəkildə soruşulmalı suallar var idi. Məsələn, soruşulmalı idi ki, Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan, əmisigildən gələndə əlində kurtka gəlmişdi o kurtkanı hara qoymusan? Amma bu suallar verilməyib. Bundan başqa, etirafedici ifadədə deyir ki, Nərmini saxladığı pəncərələr bağlı idi, amma sonradan baxılıb ki, pəncərədə ümumiyyətlə, bağlanma yeri yoxdur. Bu və digər məsələlər də göstərir ki, İlkin Süleymanov etirafedici ifadəsində yalan danışıb”, - vəkil Zabil Qəhrəmanov deyib.
Proses noyabrın 21-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub