Rusiya ilə Polşa arasında gərginlik böyüyür - Səfir XİN-ə çağırıldı

img

16-11-2022 [13:53]


Noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə atılan raket Rusiya ilə Polşa arasında gərginliyi artırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, görüşdə səfirə sərt etiraz bildirilib və rəsmi nota təqdim olunub.

Xatırladaq ki, raket atəşi nəticəsində Polşanın iki vətəndaşı ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA