Paşinyan: "Rusiya sülhməramlılarının mandatının uzadılması təklifi rədd edilib"

img

02-11-2022 [11:43]


Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib.

Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, o deyib/APA.

Mia.az-ın məlumatına görə, Paşinyan daha sonra deyib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gəlir: "Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm, iki ölkənin xüsusi nümayəndələrinin təmasları da davam edir. Bu, mühüm dəyişiklikdir. Artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində Türkiyə ilə problem yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA