Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-10-2022 [00:03]
Qoç - sakit gündür. Tələskənliyə yol vermədən çalışın. Maraqlı saydığınız işlə məşğul ola bilərsiniz. Təkbaşına işləyin, müstəqil olun.
Sizi yaxşı tanıyan insanlarla ünsiyyətdə olun. Zəiflik və ya üzləşdiyiniz situasiyadan sui-istifadə etməyə çalışmayacaq insanlarla təmaslar qurun.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Profilaktiki prosedurları unutmayın. Zərərli vərdişlərdən imtina və düzgün qidalanma yaşam enerjinizi artıracaq. Nəzərdə tutduğunuz səfər üçün gərəkli aksessuarları ala bilərsiniz.
Buğa - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.
Alış-veriş etmək olar. Simiclik etməyin. Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
Əkizlər - ehtiyatlı olun. Ötən günlər həll olunmayan, çözülməyən problemlər indi ciddiləşir, ağırlaşır. Düzgün davranış modelini seçin. Tələsik addımlar atmayın. Emosional və aqressiv olmayın.
Günün ikinci yarısında fikir ayrılıqları, xırda və önəmsiz məsələlərə görə qarşıdurma ola bilər. Güzəştlərə meylli olun ki, mübahisə böyüməsin. Birmənalı olmayan situasiyalarda dostların məsləhətlərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq mümkün deyil. Etibarlı müttəfiq, sınanmış dostun yardımına ehtiyacınız var. Birgə fəaliyyətə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Səfərə yollananda bilin ki, yolda nəzərdə tutduğunuzdan artıq vaxt keçirməli olacaqsınız.
Günün ikinci yarısında romantik hisslər ola bilər. Fəqət, emosiyaların təsiri altına düşməyin, illüziyaların qurbanı olmayın. Axşam saatlarında dəvət olunduğunuz tədbirə qatılın. Orada maraqlı insanla qarşılaşa bilərsiniz.
Şir - yaxşı tanımadığınız, bələd olmadığınız insanlarla ehtiyatlı davranın. Onların ucbatından problemlərlə qarşılaşa bilərsiniz. Zərərli yad təsir altına düşməyin. Yalançı vədlərə aldanmayın, riskli işlərə qatılmayın.
Şəxsi həyatınızla bağlı önəmli qərar qəbul etməyin. İstinad etdiyiniz məlumat yalnız qismən doğrudur.
Günün ikinci yarısında səhhətinizdə yüngül problemlər, yorğunluq hissi olacaq. Yarıyolda dayanmayın. Başladığınız işləri bitirməyə çalışın. Yaşam və fəaliyyət arealında qayda yaradın, prosesləri nizamlamağa can atın. Gərəksiz əşylarla yanaşı, mənasız nigaranlıqdan qurtulun.
Qız - günün ilk yarısı xeyli xoş olacaq. Maraq göstərdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanla təmasda olmağı unutmayın. Yeni ideyalar peyda olacaq. Onların arasında iş və ya biznes müstəvisində irəliləyişlər istisna deyil.
Həmkarlarınızla qeyri-formal şəraitdə müzakirələr apara bilərsiniz.
Günün ikinci yarısı əfsuslar olsun ki, bir o qədər uğurlu deyil. Yaxınlarınızla dil tapmaq, hisslərinizi izhar etmək imkanları azalır. Sevdiyiniz adamdan şübhələnməyin. Heç bir real səbəb olmadan qısqanc davranmayın.
Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Mürəkkəb, qarışıq işlərə başlamaqdan çəkinməyin. Yeni, faydalı biliklər və təcrübə əxz edə bilərsiniz. Aktual probelmlərin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanları tapın. Təcrübəli insandan yararlana bilərsiniz.
Günün ikinci yarısında diqqətli olun ki, ağır fəsadlara yol açacaq səhvlər olmasın. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş uğursuz olacaq. Xərclədiyiniz pullara heyfiniz gəlməsin. Az sonra yaxşı gəlir əldə edəcəksiniz.
Əqrəb - risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir.
Günün ikinci yarısında bəzi təmaslar ümidlərinizi doğrultmayacaq.
Uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil. Mühüm məsələləri adət etdiyiniz, komfortlu şəraitdə müzakirə edin.
Oxatan - hadisələrin nəzərdə tutduğunuz məcrada getməməsi sizi narahat etməsin. Bir qədər gözləyin. Situasiyada müsbət dəyişikliklər olacaq. Düşünülməmiş addımlar atmayın, tələsik qərar verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərini qulaqardına vurmaq olar. Yalnız məntiqli və praqmatik məsləhətləri nəzərə alın.
Günün ikinci yarısı köhnə tanışlarla ünsiyyət üçün yaxşı zamandır. İlk dəfə qarşılaşdığınız insana layiq olduğundan artıq dəyər verməyin. Adi günlərlə müqayisədə yolunuzda sədlər və maneələr çox olacaq. Gözə kül üfürməyin.
Oğlaq - məntiqlə və soyuqqanlı şəkildə davransanız, ciddi problemlərdən qurtula bilərsiniz. Planlarınızdan birini məhz indi, hər şeyə rəğmən həyata keçirməyə çalışmayın. Əlverişli anı gözləməyi bacarın. Bunun effektiv taktika olduğunu bir daha anlayacaqsınız.
Günün ikinci yarısında gəlirlər olacaq. Onlar çox olmasa da, yaxşıdır. Nəzərdə tutulmamış alış-veriş və əyləncə mümkündür. Yaxınlarınızdan biri üçün hədiyyə ala bilərsiniz.
Axşam saatlarında yeni informasiya olacaq.
Dolça - günün ilk yarısında narahatlıq və gərginlik olacaq. Nigaran qalmayın, ciddi problemlər yaranmayacaq. Yaşananları ürəyinizə salmayın. Başqa vaxtlar,
ümumiyyətlə, fikir verməyəcəyiniz məsələlərə indi kəskin və emosional şəkildə reaksiya verməyin.
Günün ikinci yarısında emosional fon stabilləşəcək. Əhvalınız yaxşılaşacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Romantik təmaslar üçün yaxşı zamandır.
Balıqlar - indiyədək yalnız nəzəri baxımdan təsəvvür etdiyiniz planı reallaşdıra bilərsiniz. Orijinal metodlardan istifadə edin. Məqsədə doğru öz yolunuzu arayın. Məhz bu minvalla uğur əldə bilərsiniz.
Laqeyd olmadığınız insanla çoxdankı fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz.
Günün ikinci yarısında münaqişəni çözün, qarşılıqlı anlaşmaya nail olun.
Səfərlər və işgüzar görüşlər üçün əlverişli zamandır. Kompüter, avadanlıq, avtomobil almaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər və hadisələr çox olsa da, ifrat yorğunluq hiss etməyəcəksiniz.
Milli.Az
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb