Donetsk vilayəti atəşə tutulub - 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb

img

23-10-2022 [10:49]


Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub.

"RBC-Ukraina" xəbər verir ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Belə ki, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda həlak olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda əsas qaynar nöqtələrin Soledar və Baxmut olduğunu bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA