İbrahim Rəisi Paşinyanı Tehrana dəvət etdi - XİN rəhbəri "Biz Ermənistanla münasibətlərə önəm veririk" dedi (Yenilənib)

img

22-10-2022 [17:36]


İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ölkəsinin prezidenti İbrahim Rəisinin adından Nikol Paşinyanı Tehrana səfərə dəvət edib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

XİN rəhbəri bildirib ki, İran qonşuları ilə, o cümlədən Ermənistanla münasibətlərə önəm verir.

Paşinyan isə öz növbəsində qeyd edib ki, Qafanda Baş konsulluğun açılması Ermənistan və İranın münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını təsdiqləyir.

***

Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Tasnim məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələr, eyni zamanda, regional məsələlər müzakirə edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA