Bakıda evdən oğurluq edən qadınlar tutulub

img

20-10-2022 [10:36]


Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA