XİN-in mətbuat katibi vəzifəsi kimə həvalə olunub?

img

17-10-2022 [19:17]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

41 yaşlı L.Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.

O, bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA