Araz Əlizadənin postunu oğlu tutacaq? - Həyat yoldaşı "Niyə də olmasın?" deyir

img

17-10-2022 [16:17]


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat, mərhum Araz Əlizadəni təşkilatda kim əvəz edəcək?

Mia.az
-ın məlumatına görə, Araz Əlizadənin həyat yoldaşı Manana Quriya Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni sədr mərhumun 40 mərasimindən sonra seçiləcək. O bildirib ki, ASDP ilə bağlı məsələlər yalnız sabiq deputatın 40 mərasimdən sonra müzakirəyə çıxarılacaq.

"Partiyanın sədri vəzifəsini Araz Əlizadənin oğlu - Səməd Əlizadə tuta bilərmi" sualına mərhumun həyat yoldaşı belə cavab verib: "Niyə də olmasın? Amma partiyanın nizamnaməsi var. Nizamnaməyə görə sədri qurultay nümayəndələri seçməlidir. Qurultay çağırılacaq, sədr də orada çeçiləcək”.

Qeyd edək ki, Araz Əlizadə oktyabrın 6-da dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA