Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları qəbul edib

img

17-10-2022 [12:27]


Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları qəbul edib.

Bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən iclasda Avropa İttifaqının xarici işlər nazirləri İrandakı ciddi vəziyyəti və etirazçılara qarşı ölümcül zorakılığı müzakirə ediblər.

“Biz dinc etiraz hüququna güclü dəstəyimizi ifadə etdik. Aİ İranın ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”, - o deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA