Rusiya hərbçilərinin Donetskdə mərkəzi bazara zərbə endirib - 7 nəfər ölüb, 8 nəfər yaralanıb

img

12-10-2022 [15:27]


Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi bazarına zərbə endirməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

UNIAN xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının sədri Pavel Kirilenko bildirib.

“Ukrayna ordusuna qarşı müqavimət göstərə bilməyən Rusiya hərbçiləri silahsız vətəndaşlarla belə “döyüşür”, - o bildirib.

Məlumata görə, oktyabrın 11-də Rusiya hərbçiləri Donetskin 6 dinc sakinini öldürüb.

Bildirilib ki, cənub və şərq istiqamətində Ukrayna Silahlı Qüvvələrinn əks-hücumu davam edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA