NATO-ya üzv dövlətlərin müdafiə nazirləri toplanır - Ukraynaya görə

img

10-10-2022 [17:09]


NATO-ya üzv dövlətlərin Müdafiə nazirliklərinin nümayəndələri bu həftə Belçikanın paytaxtı Brüsseldə toplaşacaq.

Məlumatı “The Washington Post” yayıb.

Bildirilib ki, müdafiə nazirliklərinnin nümayəndələri Rusiyanın Ukraynaya ard-arda raket zərbələri fonunda “Ramştayn” formatında çərçivəsində təcili toplanır.

Toplantının dəqiq tarxi məlum deyil. Ukrayna üzrə təmas qrupuna ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi başçılıq edəcək.

Məlumata görə, yaxın günlərdə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlər də daxil olmaqla 40-dan artıq ölkə Ukraynaya yardım məqsədi ilə Almaniyanın Ramştayn şəhərindəki ABŞ-ın hərbi bazasında toplantı keçirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA