Fazil Mustafa: "...məmur balalarını mükafatlandırmaq lazımdır"-Özəl

img

23-04-2014 [16:49]


Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa məmur övladlarının qudurğanlığı, dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam etdirməsinə orijinal münasibət bildirib.

Bu barədə MİA-ya açıqlama verən millət vəkili hesab edir ki, bununla bağlı məmur övladlarının hamısına təşəkkür eləmək lazımdır: "Çünki onlar Azərbaycan xalqına çox böyük xidmət göstərirlər. Əksinə bunu stimullaşdarmaq lazımdır ki, kimlər ki, dəbdəbəli, sanki cəmiyyətin acığına belə bir həyat keçirirlərsə, qoy, övladları sayəsində cəzalanması baş versin. Mən konkret situasiya barədə dəqiq bir söz deyə bilmərəm, bu iddialar nə dərəcədə əsaslıdır, əsaslı deyil. Çünki bunları araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Ona görə də deputat həmkarımızın oğluyla bağlı məsələyə dəqiq məlumatım olmadığına görə münasibət bildirməyi etik cəhətdən doğru saymıram».

Amma F.Mustafa sözügedən situasiya ilə bağlı ümumən fikrini bildirib: «Nəticəyə diqqət edirsinizsə, adamlar var ki, 20-30 ildir eyni vəzifədə, eyni mövqedə durublar, onlara toxunan yoxdur. Ancaq soğ olsunlar, övladları kömək edirlər, onların cəzalandırılması məsələsi gündəmə gəlir. Ona görə də bu məsələyə yanaşmam müsbətdir. Stimullaşdırmaq lazımdır ki, hamı yarışsın, hamı maşınlarını üzə çıxarsın, hamı əyləncələrini nümayiş etdirsin. Bu, çox gözəl üsuldur. Ona görə də harınlıqlarını nümayiş etdirən məmur balalarını mükafatlandırmaq lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA