NİDA-çı gənclərin valideynləri aclıq aksiyasını dayandırdılar

img

23-04-2014 [16:46]


Müsavat Partiyasının qərargahında NİDA-çı gənclərin valideynləri aclıq aksiyasını dayandırmaları ilə bağlı mətbuat konfransı keçiriblər.

Musavat.com-a verilən məlumata görə, mətbuat konfransında çıxış edən Zaur Qurbanlının anası Səkinə Qurbanova aclıq aksiyasını həbsxanadakı övladlarının xahişinə görə və onların məhkəmələrində iştirak etmək üçün dayadırdıqlarını söyləyib.

NİDA-çı gənclərin valideynləri bütün media işçilərinə və Müsavat Partiyası rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Onlar aclıq aksiyasının mətbuat konfransı keçirilən andan etibarən rəsmən dayandırıldığnı vurğulayıblar.

Mətbuat konfransı artıq sona çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA